UNEC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
QHT.az xəbər verir ki, iİmzalanmadan öncə rektor, professor Ədalət Muradov ilə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov arasında müvafiq ixtisas üzrə birgə mütəxəssis hazırlığı, UNEC İnklüziv Təhsil Mərkəzinin potensialından yararlanmaq, səsli dərsliklərin hazırlanması, tələbələrin istehsalat təcrübəsinin təşkili, birgə təlimlərin keçirilməsi və digər məsələlər müzakirə olunub.












