Film və teatr səhnəmizin ən gözəl aktrisalarından biri, Azərbaycanın ilk Bahar qızı, ən böyük arzusu ana olmaq olsa da, ömrünü tənha keçirən Səfurə İbrahimovanın bu gün doğum günüdür.
QHT.az xəbər verir ki, Səfurə Ağabala qızı İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda dünyaya göz açmışdır. 1960-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinin istedadlı tələbələri müəllimləri tərəfindən tearlara dəvət alır və tələbə-aktyor kimi fəliyyət göstərirdilər.
Aktrisa doğma teatrının səhnəsində bir-birindən maraqlı obrazlar (Hüseyn Cavidin “Səyavuş” əsərində Gəlin, “Knyaz”da Jasmin, “İblis”də Rəna, M. Hüseynin “Alov” əsərində Əsmər, Səməd Vurğunun “Vaqif”ində Gülnar, “İnsan”da Tatyana, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, “Hökmdar və qız”da Tubu xanım, Bəxtiyar Vahabzadənin “Kimdir haqlı” əsərində Həyat, Vilyam Şekspirin “Hamlet”ində Ofeliya, Lorkanın “Dişi canavar”ında Prudensiya, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda Zəhra bəyim, Vidadi Babanlının “Ana intiqamı”nda Səltənət, Anarın “Adamın adamı” əsərində Balaxanım, Cəfər Cabbarlının “Sevil”ində Sevil və s.) silsiləsi yaratdı. Hətta eyni vaxtda televiziya tamaşalarında rol aldı. Qaynar iş sistemində çalşan tələb-aktrisa, elə həmin vaxtlarda da kino üçün də kəşf edildi və ilk dəfə 1961-ci ildə “Bizim küçə” filmində Asya rolunu oynadı və sonralar ardıcıl olaraq müxtəlif janrlı bədii filmlərə (“Sevil”, “Arşin mal alan”, “Alma almaya bənzər”, “Qaynana” “Dərviş Parisi partladır”, “Bizim Cəbiş müəllim”, ”İstintaq davam edir”, “Qatır Məmməd”, “Bizim küçə”, “Tütək səsi”, “O qızı tapın”, “Sahilsiz gecə”, “Qətl günü” “Təxribat”, “Əlavə iz”, “Şir evdən getdi” və s.) çəkildi.
Qeyd edək ki, soyuq bir dekabr ayında dünyaya gələn, acılı-şirinli 82 il ömür sürən və elə soyuq bir dekabr ayında (2020-ci il dekabrın 21-i) da dünyasını dəyişib.
Pərvanə Fərhadqızı












