“Naxçıvan” Universitetinin rektoru dosent Anar Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

QHT.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə keçirilən görüşdə universitetlər arasında bu ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində görülən işlər müzakirə olunub. “Naxçıvan” Universitetinin müəllim və tələbə heyətinin UNEC-in e-kitabxanasından istifadəsinin təmin olunduğu, “E-Views əsaslı Ekonometrika” fənni üzrə təlim proqramında “Naxçıvan” Universitetinin 5 əməkdaşının uğurla iştirak etdiyi bildirilib. Yaz semestindən isə tələbə mübadiləsinə start veriləcəyi qeyd olunub.

Müzakirələrdən sonra rektorlar arasında tələbə mübadiləsinə dair razılaşma protokolu imzalanıb.