“Heydər Əliyev İli” çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ağcabədi rayonunda “Region gəncləri: gücümüz birliyimizdir!” adlı konfrans keçirilib.
QHT.az xəbər ki, konfrans Ağcabədi regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı, Qarabağ regional DOST Mərkəzinin, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Qarabağ Regional Mədəniyyət İdarəsinin və digər aidiyyəti qurumların tərəfdaşlığı ilə həyata keçirilib.
Konfrans çərçivəsində təşkil edilən panel müzakirəsində iştirak edən “Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi üzrə nümayəndəsi Elmin Xəlilov RİİB-in fəaliyyəti və region gənclərinin şəxsi inkişafına yönəlmiş layihələri barədə məlumat verib, iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, tədbirdən əvvəl qonaqlar təşkilatlar tərəfindən hazırlanmış könüllü stendləri ilə tanış olublar.
Pərvanə Fərhadqızı












