Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Siyasi psixologiya mərkəzi”ndə bir qrup gənclə görüş keçirib.
QHT.az xəbər verir ki, “Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılmasında gənclərin rolu” mövzusunda baş tutan görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Görüşdə səsləndirilən fikir və suallar 2023-cü ildə Azərbaycanın əldə etdiyi uğurlar və ilin yekun məsələləri ilə bağlı olub. Gənclər belə formatda görüşlərin keçirilməsinin onların şəxsi inkişafları üçün vacib olduğunu qeyd edərək tez-tez keçirilməsini xahiş ediblər.












