Rusiya-Ukrayna müharibəsi davam etsə də, beynəlxalq donorlar və inkişaf bankları artıq yalnız humanitar yardımlarla kifayətlənmir. Onlar Ukraynanın gələcəkdə yenidən qurulması və iqtisadiyyatının gücləndirilməsi üçün uzunmüddətli layihələrə dəstək verməyə başlayıblar.

QHT.az xarici mediaya istinadən bildirir ki, 2022-ci ildə müharibənin ilk dövrlərində əsas diqqət hərbi və humanitar yardımlara yönəlmişdi. Həmin vaxt beynəlxalq qurumların rolu tam aydın deyildi və vəziyyət qarışıq idi.

Hazırda isə beynəlxalq maliyyə institutları yolların, enerji sistemlərinin və digər infrastrukturun bərpasına yatırım edir. Eyni zamanda ölkədə biznes fəaliyyətinin davam etməsi və yeni investisiyaların cəlb olunması üçün proqramlar hazırlanır.

Analitiklər hesab edirlər ki, Ukraynanın müharibədən sonra sürətli bərpası üçün hazırlıqlara indidən başlamaq vacibdir.

Fatimə Nəbiyeva