“Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində keçirilən 1-ci dəyirmi masaya həmsədrlik Qlobal Paktın icrası üzrə Çempion ölkə olan Azərbaycana həvalə edilmişdir.

QHT.az bildirir ki, İMRF çərçivəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən BMT-nin Baş Qərargahında “Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması: WUF13-ə hazırlıq” mövzusunda yüksək səviyyəli tədbir keçirilmişdir.”