Türkiyənin Nəqliyyat Nazirliyi 933 gəmi ilə taxıl müqaviləsinin icrası çərçivəsində Ukraynadan 29,5 milyon tondan çox kənd təsərrüfatı məhsulunun ixrac edildiyini bildirib. QHT.az TRT Haber telekanalına istinadən xəbər verir ki, ən çox da qarğıdalı və buğda yönləndirildi.

 

 İxrac edilən məhsulların yarısı qarğıdalı, demək olar ki, üçdə biri (28%) buğdanın payına düşüb. Taxıl dəhlizi ilə ən çox kənd təsərrüfatı məhsullarının göndərildiyi ölkələr arasında Türkiyə, İspaniya, Çin, İtaliya və Hollandiya var.

 

 Taxıl müqaviləsi 2022-ci ilin iyulunda Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən razılaşdırılıb. 2023-cü ilin mart ayında 120 gün uzadıldı. Rusiya dəfələrlə bəyan edib ki, taxıl müqaviləsinin “Rusiya hissəsi”ni yerinə yetirmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, sövdələşmənin uzadılmaması ehtimalı yüksəkdir.