Hindistanın şimal-şərqində təxminən yarım milyon insan bölgəyə yağan güclü yağışlardan sonra şiddətli daşqınlardan zərər çəkib: yollar çaylara çevrilib, bütün kəndlər su altında qalıb.

QHT.az xəbər verir ki, Assamın 22 rayonunda yaşayan 495 mindən çox insan daşqınlardan zərər çəkib.

Güclü yağışların Assamdan keçən Beka çayının daşmasına səbəb olmasından sonra 14 minə yaxın insan yardım düşərgələrinə təxliyə edilib. Dövlət rəsmiləri ən azı bir nəfərin öldüyünü bildirib. 31 milyondan çox əhalisi olan Assam əyaləti apreldən sentyabr ayına qədər davam edə bilən Hindistan musson mövsümündə güclü yağışlar və daşqınlarla üzləşir.

 

Pərvanə Fərhadqızı