Artıq bu il milyarder İlon Maskın beyin çipi startapı Neuralink öz məhsullarını insanlar üzərində sınaqdan keçirməyi planlaşdırır.
QHT.az xəbər verir ki, Parisdə keçirilən tədbirdə Elon Mask Neuralink-dən ilk implantın aşağı ətrafları iflic olan bir xəstə tərəfindən alınacağını açıqladı. İnsanlar üzərində sınaqlar keçirmək üçün icazə aldığını bildirən Mask qeyd edib ki, əvvəllər heyvanlar üzərində testlər olundu, iş yaxşı getmədi və bu mövzuda araşdırmalar hələ də davam edir.
Neuralink beyin-kompüter interfeysi adlanan cihazları hazırlayır. Maskın fikrincə, onun şirkətinin beyin implantları gələcəkdə iflic olan insanların yenidən yeriməyə başlamasına, korların görməsinə kömək edəcək.
Pərvanə Fərhadqızı












