Bu gün Park İnn otelində insan alverinə qarşı mübarizədə QHT Koalisiyasının strateji planının və kommunikasiya sənədinin müzakirəsi keçirilir.    

QHT.az xəbər verir ki, müzakirə Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (ICMPD) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunur. 

Qeyd edək ki, Avropa Birliyinin maliyyə dəstəyi və MIEUX+ (Miqrasiya) proqramı çərçivəsində hazırlanan sənəd üzərində iş 3 gün keçiriləcək. Belə ki, iyun ayının 19-20-21-i, saat 10.00 -17.00 kimi təşkili nəzərdə tutulub.