Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək.

 

QHT. az bildirir ki,  bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

 

Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.