Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu Sumqayıt şəhər şöbəsində Azərbaycan Vətən Müharibəsi veteranları ictimai birliyi ilə görüş keçirilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu Sumqayıt şəhər şöbəsinin müdür müavini Zaur Rəsulovun rəhbərliyi ilə təşkil olunan dəyirmi masada 30 nəfər birliy üzvü iştirak etdi.
QHT.az xəbər verir ki, Görüşdə Sumqayıt şəhərində həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. QHT-lərin qaldırdıqları məsələlər də müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Şöbə tərəfindən hər həftənin cümə günü “Açıq qapı” formatında vətəndaş cəmiyyətləri ilə belə görüşlər keçirilir. Müharibə veteranlarının qaldırdığları məsələlər fondun əməkdaşları tərəfindən dinlənildi və problemlərinə aydınlıq gətirildi.
Sonda veteranlar fondun rəhbərliyinə “Açıq qapı ” formatında cəmiyyətlər ilə görüşlər təşkil etdiyinə görə,minnətdarlığlarını bildiriblər.












