Türkiyənin Qaziantep şəhərində havaların soyuması ilə əlaqədar bitki məhsulları satan mağazalarda qış mövsümünə hazırlıq başlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, insanlar boğaz ağrısı, öskürək, halsızlıq və burun axması kimi şikayətlər zamanı bitki mənşəli məhsullara üstünlük verirlər. Xüsusilə cökə, zəncəfil, sarıkök və gülxətmi çiçəyinə maraq artıb.

Satıcıların sözlərinə görə, son günlərdə hava şəraitinin dəyişməsi ilə əlaqədar təbii bitkilərə və müxtəlif bitki qarışıqlarına tələbat yüksəlib. Vətəndaşlar mövsümi xəstəliklərdən qorunmaq və immun sistemini dəstəkləmək məqsədilə bu məhsullara üz tuturlar.

Qeyd edək ki, bitki çayları soyuqdəymənin müalicəsini əvəz etmir. Həmçinin bəzi bitkilər dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Buna görə də onlardan istifadə edərkən ehtiyatlı olmaq va