Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələr arasında piylənmə hallarının artması ilə bağlı hesabat yayımlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, hesabata əsasən, 2024-cü ildə dünyada 5–19 yaş aralığında olan 170 milyon uşaq və yeniyetmə piylənmə ilə yaşayıb. Onlardan 70 milyonu 5–9, 100 milyonu isə 10–19 yaş qrupuna daxildir.

Məlumata görə, bu yaş qrupunda piylənmənin yayılma səviyyəsi 1990-cı ildən 2024-cü ilədək 4 dəfə artaraq 2 faizdən 8 faizə yüksəlib.

ÜST-nin uşaq və yeniyetmələr arasında piylənmə ilə mübarizəyə dair ilk təlimatında səhiyyə sistemlərinin və tibb işçilərinin vaxtında, elmi sübutlara əsaslanan və insan amilini nəzərə alan tibbi xidmət göstərməsinin vacibliyi vurğulanıb.

PİYLƏNMƏ XRONİKİ VƏ TƏKRARLANAN XƏSTƏLİKDİR

Hesabatda piylənmənin effektiv tibbi yanaşmalarla nəzarətdə saxlanıla bilən xroniki və təkrarlanan xəstəlik olduğu bildirilib.

Qeyd olunub ki, piylənmə ilə əlaqəli sağlamlıq problemləri həyatın erkən dövrlərində meydana çıxa bilər. Bu vəziyyət, xüsusilə 2-ci tip diabet və ürək-damar xəstəlikləri də daxil olmaqla, qeyri-infeksion xəstəliklərin yaranma riskini artırır.

ÜST, həmçinin piylənmə ilə yaşayan uşaq və yeniyetmələrin ayrı-seçkilik və zorakılıqla üzləşə biləcəyinə diqqət çəkib. Problemin qarşısının alınması və düzgün idarə olunmasının fiziki və psixi sağlamlığın qorunması, sağlam inkişaf, təhsil imkanları və həyat keyfiyyəti baxımından əhəmiyyətli olduğu qeyd edilib.

SAĞLAM QİDALANMA VƏ FİZİKİ AKTİVLİK TÖVSİYƏ OLUNUR

ÜST piylənməsi olan uşaq və yeniyetmələr üçün planlı qidalanma, fiziki aktivlik və davranış dəyişikliklərini əhatə edən müdaxilələri tövsiyə edib.

Bildirilib ki, bu tədbirlər fərdi şəkildə və ya kompleks proqramların tərkibində həyata keçirilə bilər. Rəqəmsal sağlam