Yeni araşdırmaya görə, sosial medianın mümkün zərərləri barədə ekranda görünən xəbərdarlıq mesajları gənclərin platformalarda keçirdiyi vaxtı azaltmağa kömək edə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqatçılar alkoqol və tütün məhsullarında istifadə olunan sağlamlıq xəbərdarlıqlarına bənzər mesajların sosial media platformalarında da tətbiq edilməsini təklif edirlər.
Xəbərdarlıqlarda sosial medianın yuxu problemləri, depressiya, narahatlıq və bədən görünüşü ilə bağlı mənfi təsirlərlə əlaqəli olduğu qeyd oluna bilər.
Araşdırma JAMA Health Forum jurnalında yayımlanıb. Alimlər hesab edirlər ki, belə xəbərdarlıqlar xüsusilə uşaqlar və yeniyetmələrin sosial media istifadəsini daha sağlam şəkildə idarə etməsinə kömək edən əlavə vasitə ola bilər.












