Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyi İranın atdığı dronlar tərəfindən vurulub.
QHT.az xəbər verir ki, hücum nəticəsində səfirlik binasında kiçik yanğın və maddi ziyan qeydə alınıb, xəsarət alanlar barədə məlumat verilmir. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi hücumu təsdiqləyib. ABŞ səfirliyi yaşayış yerlərindəki amerikalılara təhlükəsizlik tədbirlərini artırmağı tövsiyə edib.
Bu hadisə İran və ABŞ-İsrail arasında böyüyən hərbi qarşıdurmanın bir hissəsi kimi baş verib. Regionda bir neçə dövlətə qarşı İranın raket və dron zərbələri davam edir, nəticədə müxtəlif ölkələrdə mülki obyektlər və hərbi hədəflər hədəfə alınıb.






