Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əlikram Xanışov 8 fevral 2000-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.
QHT.az xəbər verir ki, 2018-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, xidməti başa vurduqdan sonra isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında qalmağa qərar verib. Əlikram Xanışov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 2 oktyabr tarixində qəhrəmancasına şəhid olub.
Əlikram Xanışov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!










