“Azərbaycanda tarixi gün yaşandı. Azərbaycan xalqı öz taleyini etibar edəcəyi lideri seçdi. İlk növbədə vətəndaş olaraq səsvermə hüququmdan istifadə etməklə növbədənkənar prezident seçkilərdə seçici kimi iştirak etdim. Eyni zamanda gün ərzində Bakı şəhərində müxtəlif seçki məntəqələrində müşahidəçi olaraq iştirak etdim. Ümumilikdə seçki aktiv formada keçib. Müşahidəçilər üçün bütün imkanlar yaradılmışdı.”
Bu fikirləri QHT.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
“
Mən eyni zamanda seçkiöncəsi vəziyyəti də demokratik, şəffaf və ədalətli olaraq qiymətləndirirəm. Sözsüz ki, bunu şərtləndirən müxtəlif amillər var.
Qeyd etmək lazımdır ki, 90 mindən çox müşahidəçi qeydə alınıb. 14 siyasi partiya və 83 QHT də müşahidə aparır. Ümumilikdə isə 6045 QHT nümayəndəsi müşahidəçi olaraq prosesdə iştirak edib. 790 beynəlxalq müşahidəçi bu gün seçki məntqələrində müşahidə aparıb və 3 təşkilat isə "exit-poll" keçirib. Xüsusi qeyd etmək lazımdır ki, seçkilərdə ümumilikdə 190 beynəlxalq media qurumu iştirak edib. Xeyli sayda məntəqədə veb kameralar quraşdırılıb.”
Təşkilat sədrinin sözlərinə görə, qeyd olunan amillər və ən əsası bizim də müşahidəçi kimi iştirak etdiyimiz seçki məntəqələrində gördükləmiz seçkinin yüksək səviyyədə, beynəlxalq standartlara uyğun olaraq və şəffaf formada keçdiyini təsdiq edib.
“Günün sonuna kimi müşahidələrimizi davam etdirib və eyni zamanda bizim də təmsil olunduğumuz Milli QHT Forumunun digər nümayəndələri də respublika üzrə müşahidə missiyasını həyata keçirib.
Vətəndaşların fərqli formada bu seçkilərdə iştirak ediblər. Öncəki seçkilərdə insanların üzündən daha çox gözlənti sezilirdisə, indi isə daha çox sevinc və minnətdarlıq hisslərini görmək olar. Sözsüz seçicilər Azərbaycanın daha da güclü dövlət olması, iqtisadi və sosial gücünün daha da artırılması və dövlətimizin təhlükəsizliyinin davamlı olaraq bundan sonra da təmin olunmasını arzu ediblər. Insanları seçkiyə gətirən amillər sırasında bu məqamlar da xüsusi yer tutur.”
Fərqli bir seçki mühiti yaşadıq. Həm də böyük bir missiyanı həyat keçirmiş Azərbaycanın yeni bir eraya qədəm qoyması üçün insanlar səs verdi – deyə Cəsarət Hüseynzadə bildirib.










