23 saatlıq antitterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olan kapitan Elvin Qeybəliyevin övladı dünyaya gəlib.

QHT.az xəbər verir ki, Bakı şəhərində doğulan Məhəmmədəlinin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Elvin Qeybəliyev Ağalar oğlu 19 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub və hərbi qulluq vəzifəsini yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.