“Biz də Azərbaycan xalqının nümayəndəsi olaraq seçkilərdə qürurlu idik. Daha şəffaf keçirilməsi üçün QHT nümayəndəsi, rəhbri kimi seçkilərin fəal, aktiv keçirilməyi üçün bir neçə ay öncə seçkilər elan olunandan sonra biz də fəal iştirak etmək üçün əlimizdən gələn təbliğat və təşviqat işlərində görməyə çalışırdıq. Müəyyən bir fəaliyyət göstərdik”.
Bu fikri "İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib. QHT sədri xalqımızın seçkilərə çox önəm və diqqət yetirdiyini, məntəqələrə axışdığını bildirib. Müşahidəçi kimi iştirak etdiyi Səbail rayon ərazisindəkı seçki məntəqəsində aktivliyin olduğunu da vurulayan Ramil Əliyev bu aktivliyin axşam saatlarına kimi davam etdiyini də bildirib: “Biz MQF-nin nəzdində QHT Formu olaraq ümumi respublika müşahidəçiliyini aparırdıq. MSK tərəindən seçki müşaviri vəsiqəsi təqdim olunmuşdur. Təxmini 10-15 məntəqədə iştirak etdik. Bəzi məntəqələrdə müəyyən siyahılar var idi ki, həmin siyahılar 1-dən artıq siyahı tərtib olunmuşdur. Bəzilərində isə siyahı tək idi deyə seçicilər narazı idilər ki, aktiv iştirak etmək istəyirdilər deyə. Biz dərhal dairə məntəqə sədrinə məlumat verdik. Onlar operativ iş gördülər və bir neçə dəqiqədən sonra seçicilərin normal səsverməsi təmin olundu. Bizim müşahidələrimiz Bakı şəhəri, Abşeron, o cümlədən Sumqayıt şəhəri üzrə aparılırdı. Aktivlik var idi”.
QHT sədri həmçinin bildirib ki, Ali Baş Komandanın yenidən prezident seçilməsi, səslərin çox % toplaması onu göstərir ki, xalq cənab İlham Əliyevə güvənir: “Bu güvən sonsuz olduğu üçün də Prezidentimizin də xalqımıza güvəni sonsuzdur. Ümid edirəm ki, 2024-cü il xalqımız üçün uğurlu il olacaq, yeni bir regionda inkişaf modeli tətbiq ediləcək və Azərbaycanın gələcəkdə aparacağı daxili və xarici siyasəti ilə Ali Baş Komandan İlham Əliyev özü gedəcək arxası ilə də Azərbaycan Silahlı Qüvvələri qəhrəman zabitləri sərhədləri qoruyacaqlar, sülh müqaviləsi bağlanacaq. Bu 2023-cü ilin sonlarına yaxın Azərbaycan Xankəndinə, Xocalıya, Xocavəndə, Əsgərana bayrağımız sancıldı. Xalqımızın prezidentimizə güvəni daha da artdı. Prezident söz verdi ki, Zəngəzur dəhlizi qısa zamanda açılacaq, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrimiz, kommunikasiya əlaqələrimiz, avtomobillə gediş-gəlişimiz təmin olunacaq. Qürurverici hadisələrdən biri də o idi ki, Naxçıvana silah, hərbi texnika ilə deyil, öz şəxsi avtomobillərimizlə gedəcəyik. Bu da dünyaya bir sülh, səmimiyyət çağrışı idi”.
Pərvanə Fərhadqızı










