“Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi yaranan gündən Azərbaycan Respublikasında keçirilən bütün seçkiləri müşahidə edib.
Təşkilat növbədənkənar prezident seçkilərini bu il Qərb regionunda - Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müşahidə edib. Bu barədə QHT.az-a təşkilatın sədri Ramil Göyüşov məlumat verib.
Təşkilat sədri qeyd edib ki, müşahidə zamanı heç bir zaman olmadığı seçki aktivliyinə rast gəlinib:
“Belə nəticəyə gəlmək olar ki, həmən rayonlarda seçici hüququ olan bütün seçicilər seçkidə yüksək əhval-ruhiyə ilə iştirak etdilər.”
Ramil Göyüşovun sözlərinə görə, əsasən gənclərin və qadınların fəal iştirakını qeyd etmək lazımdır. Çünki bu həssas qrupların seçkidə iştirakı ilə bağlı hər zaman problemlər olub. Nəticələri təhlil etsək deyə bilərik ki, bu seçkilər yeni seçki mədəniyyəti formalaşdırdı.










