"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı şəhərində yaşayan 40-a yaxın şəhid övladı üçün Yeni il şənliyi təşkil olunub.

QHT.az xəbər verir ki, tanınmış müğənnilər, animatorlar, Şaxta Baba, Qar qız və digər maraqlı personajların iştirakı ilə keçən şənlik azyaşlı şəhid övladları tərəfindən maraqla qarşılanıb. Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.

Tədbirin sonunda uşaqlara hədiyyələr paylanıb.

 

Pərvanə Fərhadqızı