Oktyabrın 24-ü Şəhid Surxay Mehdiyevin 3-cü il dönümüdür. Həmçinin həmin gün Şəhid Surxay adına parkın açılış mərasimi keçirilib.
QHT.az xəbər verir ki, şəhidimizin adına yeni açılan yardım fondu ehtiyacı olanlara psixoloji dəstək göstərilir. Şəhid ailələri, övladları, kimsəsiz uşaqlar üçün tam təmənnasız psixoloji dəstək göstərilməsini fəaliyyətə başladığı gündən qarşısına məqsəd qoyulub. Bu gün isə bu fond olaraq yaradıldı. Ad seçimi çox uzun olmadı, Şəhid Surxay Mehdiyevin adı fəxr hissi ilə qoyuldu. Həmçinin mərkəz qazi və vətən müharibəsi iştirakçılarına, övladlarına endirimli psixoloji dəstəyi nəzərdə tutur. Sosial ailələrə isə eyni dəstəyi göstərir.
Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Surxay Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Surxay Mehdiyev oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Allah Şəhidlərimizin ruhun şad etsin.
Pərvanə Fərhadqızı










