Mən Zəngilandan məcburi köçkün düşəndə 6 yaşında idim. Bu gün isə 37 yaşımda öz doğma yurduma qayıdıram. Bu günləri bizə yaşatdığı üçün Allaha şükürlər olsun.

 

QHT.az bildirir ki,  bu sözləri AZƏRTAC-a müsahibəsində doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Mərcanə Həsənova söyləyib. O deyib:

 

“Biz bundan sonrakı ömrümüzü Ağalıda firavanlıqla yaşamaq istəyirik. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarıq”.

 

Doğulub boya-başa çatdığı yerlərə getdiyi üçün çox sevincli olduğunu bildirən M.Həsənova artıq ağrı-acıların bitdiyini, bu gündən yeni həyata qədəm qoyduqlarını vurğulayıb.