Bu gün Bakıda “İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliyin təmin edilməsi” mövzusunda tədbir keçirilir.
QHT.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun Fandreyzing və Kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova salmlama nitqi ilə çıxış edib. Sonra Videoçarx nümayiş olunub. Sonra Qarabağ Dirçəliş Fondunun Rəhman Hacıyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov, “Şərqi Zəngəzur Iqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetme Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov çıxışlar ediblər.
Daha sonra Fondun 2023-cü il fəaliyyəti üzrə qısa video çarx nümayiş etdirilir, mövzu ilə bağlı müzakirələr aparılır.
Pərvanə Fərhadqızı










