Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Şəhriyar Ramiz oğlu Əlibəyli 25 oktyabr 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, 2012–2016-cı illərdə Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb və məzun olduqdan sonra "leytenant" rütbəsində orduda xidmət etməyə başlayıb. 44 günlük Vətən müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və göstərdiyi şücaətə görə müharibədən sonra "baş leytenant" rütbəsi alıb. Şuşa rayonu yaxınlığında yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirən Şəhriyar Əlibəyli 5 mart 2020-cü il tarixində qanunsuz erməni silahlı dəstələrinin Qarabağ iqtisadi rayonuna silah-sursat və şəxsi heyət daxil etməyə cəhd göstərməsi nəticəsində baş verən silahlı toqquşma zamanı qəhrəmancasına şəhid olub.

Şəhriyar Əlibəyli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən müharibəsi iştirakçısı", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları, ölümündən sonra isə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı