3 il öncə 2020-ci ilin 25 oktyabr tarixində Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini azad edərək 27 illik erməni işğalına son qoydu. Bu münasibətlə, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-i ölkəmizdə Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
QHT.az xəbər verir ki, oktyabr ayının 25-də Qubadlı şəhərinin işğaldan azad olunması Zəfərə gedən yolun dönüş nöqtələrindən olmaqla onu daha da yaxınlaşdırdı. Qubadlının və işgal altında olan digər torpaqlarımızın azadlığı və bütövlüyü naminə canlarını fəda etmiş bütün şəhidlərimizi bir daha qürurla anaraq onlara Allahdan rəhmət və qazilərimizə şəfa diləyirik, başda Cənab Ali Baş Komandan olmaqla Müzəffər Ordumuza güc qüvvət arzulayırıq.
Bu günlərdə Qubadlı və Cəbrayıl rayonlarına etdiyi səfər əsnasında Cənab Prezidentə təqdim edilən baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi, həmçinin memarlıqda nəzərə alınacaq. Cənab Prezidentin səfəri zamanı Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq.
Bu qələbəni bizə yaşadan qəhrənman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!
Pərvanə Fərhadqızı










