Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Səyadulla Rasim oğlu Əhmədov 29 dekabr 1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2017–2019-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Səyadulla Əhmədov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də qəhrəmancasına şəhid olub.
Səyadulla Əhmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!










