Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Sübhi Balamirzə oğlu Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Tabeliyində olan hərbi bölmələrlə düşmənin qorxulu röyasına çevrilib. Sentyabrın 30-da isə gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub.
Sübhi Mürsəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!










