“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Xaçmaz rayonunda yaşayan qəhrəman Vətən müharibəsi şəhidi MAXE Müqəddəs Qədirovun, həmçinin 23 saatlıq antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan gizir Ceyhun Şixəliyev, baş çavuş Amid Qədirov, çavuş Əlibəy Əlibəyov, çavuş Elvin Qayıbov, kiçik çavuş Tural Ağcabəyov, kiçik çavuş Ağami Əlişanov və əsgər Tapdıq Xələfovun ailələrini ziyarət edib.
QHT.az xəbər verir ki, ailələrin problemlərini dinləyən Sevinc Alızadə hər zaman onların yanında olduğunu bildirib.
Pərvanə Fərhadqızı










