"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Bakı şəhərində yaşayan 40-a yaxın şəhid övladı üçün Yeni il şənliyi təşkil olunub.

QHT.az xəbər verir ki, əməkdar artist Elnarə Xəlilovaya və aparıcı Bayram Ağamalıyevanın da iştirak etdiyi tədbir şəhid övladlarına əyləncəli anlar yaşadıb.