Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidimizin anım günüdür.

QHT.az xəbər verir ki, Pirnəzərov Rizvan Məhərrəm oğlu 1963-cü il 25 fevralda Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olub. Göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni, SSRİ və Əfqanıstan Respublikasının medalları ilə təltif olunub. 1984-86-cı illərdə Əfqanıstan Respublikasında gedən döyüşlərdə iştirak edib. 1986-1990-cı illərdsə Pribaltika Hərbi Dairəsində qulluq edib.

1992- ci ildə onun batalyonu həyəcan siqnalı ilə Gədəbəy rayonunun Şınıx bölgəsinə çağırılıb. Kapitan Pirnəzərov bir rota ilə Krasnoselo-Başkənd yolunu kəsərək, Ermənistandan gələ biləcək əlavə qüvvələri məhv etmək tapşırığı alır. Əməliyyat planı da məhz cəsur kapitanın fəallığı nəticəsində hazırlanır. Elə həmin il 13 avqustda qəhrəmancasına həlak olub. Cəmi 29 il yaşayan Rizvan Pirnəzərov yaratdığı tabora elə bir iz qoyub gedib ki, o tabor cəbhədə mərdliklə vuruşub və tabe olduğu briqadada birinci olmağı ilə bərabər digərlərinə də nümunə olub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 1994-cü il tarixli fərmanı ilə Rizvan Məhərrəm oğlu Pirnəzərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Biləcəri qəsəbəsindəki 299 saylı orta məktəb və Şəmkir rayonu Çənlibel kənd 2 saylı orta məktəbi şəhidin adını daşıyır. 299 saylı məktəbdə büstü qoyulub.

Şəhidlərimizin əziz xatirələri gələcək nəsillərə ən qiymətli mirasımızdır. Allah rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı