“QHT Agentliyi "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqədə 27 təşkilat qalib oldu. 150-dən çox layihə müraciət olunmuşdu. Bir neçə meyarlar əsasında qiymətləndirilmə aparılırdı. Meyarlardan biri də beynəlxalq platformalarda Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə bağlı idi. 150 layihənin yarısından çoxunda bu komponent yox idi. Bizim üçün məyusedici və təəssüfləndirici hal oldu. Baxmayaraq ki, biz meyarlarda bunu önə çəkmişdik”.
QHT.az xəbər verir ki, bu sözləri QHT Agentliyi müşahidə şurasının üzvü Azər Allahverənov hazırda keçirilən “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı Beynəlxalq Konfransda bildirib. O, qeyd edib ki, vacib məsələ bu konsepsiya ilə bağlı olan konseptual fikirlərin beynəlqal platformalara çıxarılmasıdır: “Bizdə yanaşma fərqli ola bilər. İlk baxışdan qaçqın və məcburi köçkünlərimizin problemləri bütün dövlətlərdə oxşar ola bilər. Mən 30 ildən çoxdur miqrasiya məsələləri ilə bağlı olan biri kimi səmimi deyə bilərəm ki, problemin kökünə baxdıqda, sonrakı prosesləri təhlil elədikdə görürük ki, bu sadəcə terminologiyada eynilik var. Amma mahiyyət etibarilə tamamilə fərlidir. İstər bu gün Rusiya- Ukrayna müharibəsi zamanı baş verən proseslər, istər 2008-ci il avqust ayının 8- də Gürcüstana Rusiyanın müdaxiləsi olsun bunlar da mahiyyət oxşar, amma tamamilə fərqlidir”.
Azər Allahverənov həmçinin qeyd edib ki, bu konfrans önəmlidir, çünki beynəlxalq platformalarda təmsil olunmuş qonaqlar iştirak edir, burada müzakirə olunan məsələlər beynəlxalq platformaya çıxarıla biləcək.
Pərvanə Fərhadqızı












