“Biz geniş miqyaslı müdaxilə kontekstində hərbi işğal və məcburi departasiya olunmuş şəxslərin, bunula bağlı hadisələrin şahidi olmuşuq. 2022-ci il tarixində Rusiya Federasiyası Ukrayna ərazisinə geniş miqyaslı işğalı başlayıb. Bu müharibə həmin tarixdən deyil, 2014-ci ildən başlayıb. İnsanların məcburi şəkildə departasiyası edilməsi məsələsi Ukrayna üçün son dərəcə ağrılı və aktualdır. Demək olar ki, 10 illik vəziyyətin nəticələrini aradan qaldırmaq çox çətin olacaq. Bu məsələ qaldırılmalı və işlənilməlidir”.

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycanda Ukrayna Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Lidia Alieva-Şestak hazırda keçirilən “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı Beynəlxalq Konfransda bildirib. O, Ukrayna təcrübəsindən çıxış edərək Qarabağ müharibəsi zamanı öz ərazisindən məcburi departasiya ilə üzləşmiş və köməyə, yardıma ehtiyacı olan qaçqın problemi ilə üzləşmiş azərbaycanlı təcrübəsini də misal göstərib: “Həm Ukrayna, həm Azərbaycan məsələsində qaçqınlıq problemi dövlətlərin ərazi bütövlüyünün pozulması ilə ayrılmaz şəkildə bağlıdır. Nəticədə beynəlxalq hüquq normaları pozulur və bu da qaçqın probleminə səbəb olur. İşğal başlayandan bu günə kimi Ukrayna ölkə daxilində köçkünlük problemi ilə üz-üzə qalır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 23 yanvar 2023-cü il tarixinə olan məlumata görə Ukraynada 5,4 milyon məcburi köçkün qeydə alınıb. Bu yalnız rəsmi statistikadır. Çünki 2022-ci ildən bəri Ukraynalılar xaricə getmək məcburiyyətində qalıblar. 2023-cü ilin aprelin sonuna olan vəziyyətə görə, Avropada 8,5 milyon ukraynalı qaçqın qeydə alınıb. Bu rəqəmləri eşitdikdə, ölkəmizin və dünyanın müharibə səbəbindən üzləşdiyi miqrasiya probleminin miqyasını təsəvvür etmək mümkündür. Müharibə bitdikdən sonra Ukrayna məcburi şəkildə ölkəni tərk etmiş şəxslərin geri qaytarılması, yardım və subsidiyaların verilməsi məsələsi ilə üzləşəcəyik. Onların xaricdə olduqları müddət ərzində Ukraynanın qazandığı təcrübə, müharibə bitdikdən sonra Ukraynanın bərpası, şəhərlərinin dirçəldilməsi bizim tərəfindən nəzərə alınmalıdır”.

 

Pərvanə Fərhadqızı