“Departasiya məsələsindən danışanda biz iki məsələyə diqqət çəkməliyik. Birincisi 1991-ci illərdə SSRİ rəhbərliyinin bilavasitə iştirakı, rolu ilə bu həyata keçirilib. Bu departasiya zamanı Azərbaycanlılara qarşı kütləvi şəkildə zorakılıq tətbiq olunub, cinayətlər qeydə alınıb. İkinci məqam, 1991-ci ildən sonra Azərbaycandan zorla köçürməsidir. Bu bilavasitə Ermənistanın siyasi rəhbərliyinin köməyi ilə olub. Bu departasiya zamanı Azərbaycan kütləvi qətlə məruz qalıblar. Hər iki etapda baş vermiş departasiya siyasi- hüquqi qiymət almayıb”.

QHT.az xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur Ibrahimov bu gün keçirilən “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı Beynəlxalq Konfransda bildirib. O, qeyd edib ki, beynəlxalq tərəfdaşlar baş vermiş departasiya cinayətlərini siyasi- hüquqi qiymət almasını istəyirlərsə, dəstək verməlidirlər: “Bunlar bir –biri ilə bağlı məsələlərdir. İkili standart yolverilməzdir. Burada Azərbaycanlılara qarşı törədilən hallara siyasi- hüquqi qiymət verilməsi gələcəkdə bu cür halların qarşısını almağında ən yaxşı tədbirlərdən biri olacaq. Beynəlxalq tərəfdaşlar, əməkdaşlıq etdiyimiz ölkələr bir məramlı mövqe sərgiləməlidirlər”.

Qərbi Azərbaycanlıların qaydışı ilə bağlı məsləyə də toxunan Zaur İbrahimov burada Ermənistan rəhbərliyinin cavabdehliyinin vurğulanmalı olduğunu diqqətə çatdırıb: “Ermənistanda etnik azlıqlar yoxdur, monoetnik dövlətdir. Azərbaycanda isə əksinə tolerant mühütdür, multukultralizm dəyərlərinə söykənmiş cəmiyyət formalaşır”.

 

Pərvanə Fərhadqızı