“2020-ci ildə pandemiya dövründə təşkilatımız Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və yardıma ehtiyacı olan aztəminatlı ailələrə 70-ə yaxın yardım payladıq. Bu sosial yönümlü bir layihə idi. Həmin dövrdə uğurlu keçən layihələrdən biri idi”.

Bu fikri “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Azər Əliyev QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2024-cü il dünyada seçki ilidir, təxminən 4 milyarda yaxın insan səs verəcək, parlament, president seçkiləri baş tutur: “Azərbaycanda 7 fevral 2024-cü il artıq president seçkiləri elan olunub. Bu seçki də həmişə olduğu kimi şəffaf keçəcəkdir. İkinci Vətən müharibəsində həqiqətən Azərbaycan böyük bir qələbə qazandı, böyük bir tarix yazdı. Bu qələbənin başında ümummilli liderimizin qoyduğu siyasət, bu siyasətin layiqli davamçısı İlham Əliyevdir. Biz Şəhidlərimizə borcluyuq. Onların qanı, qazilərimizin canı vasitəsilə bu torpaqlar alındı. Düzgün məqsədyönlü siyasət apararaq Ali baş Komandanımız 44 günlük Vətən müharibəsində qələbə qazandı. Biz adımızı Qalib xalq kimi tarixə yazdıq. QHT dövlət ətrafında sıx birləşərək dövlətin maraqlarını həyata keçirdi. Bu president seçkiləri bizim üçün çox önəmlidir. Seçkilərdə QHT olaraq müşahidəçi kimi iştirak edəcəyik. Azərbaycanda seçkilər yüksək səviyyədə keçəcək, təşkil olunac. Hazırda MSK tərəfindən 15 nəfər prezidentliyə namizəd kimi müraciət edib. Onlardan Onlardan 3 nəfər qeydiyyata alınıb. Bu da şəffaflığı göstərir. Azərbaycan xalqının seçimi seçkilərdə təmin olunacaq”.

Vətəndaş Cəmiyyətinin inkişaf etməsi üçün dövlətimiz tərəfindən dəstəyə çox ehtiyacın olduğunu bildirən Azər Əliyev vurğulayıb ki, QHT olaraq dövlətin maraqları çərçivəsində çıxış etmişik: “Yeni maliyyə mənbələrinin aşkar olunması vacibdir, bu səmtdə ciddi işlər aparılmalıdır. Sahibkarlarla, digər fondlarla ciddi işlər aparılmalıdır”.

 

Pərvanə Fərhadqızı