Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyası və Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə təşkilatçılığıyla 13 yanvar 2024-cü il tarixdə “Akademik hüquqi yazı” adlı təlim keçiriləcək. 

QHT.az xəbər verir ki, təlimdə iki mövzu üzrə - beynəlxalq hüquq, insan hüquqları və informasiya hüququ üzrə ekspertlər - h.ü.f.d. Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi Gülnaz Rzayeva və h.ü.f.d, mediator, BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Şahin Məmmədrzalı tərəfindən məruzələr ediləcəkdir:

1. Akademik hüquqi yazının növləri və beynəlxalq təcrübə

2. Akademik hüquqi yazının strukturu və quruluşu.

Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif ediləcəkdir. İştirak etmək istəyən vəkillər müraciət edə bilərlər:

https://forms.gle/wtyHvF5RmtSanayM9

Əlaqələndirici şəxs: (+994) 50 738 24 07 Rəşad Həsənəliyev - Vəkillər Kollegiyasının Akademiyası.

[email protected]

[email protected]