“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevanın təşəbbüsü ilə “Uşaq hüquqları konvensiyası” nın jest dilinə tərcüməsi, Tünzalə Ağayeva ilə “Bu gün hər şey yaxşı olacaq”, Elnarə Xəlilova ilə “Xocalıya ədalət” və Aygün Bəylərlə “Qarabağ” mahnısına çəkilmiş sosial kliplər, Nizami Kino Mərkəzində “Madaqaskar”, “Benim dünyam”, “Bir xalanın sirri”, “Fəryad” filmlərinin jest dilinə tərcümə ilə təqdimatı, Bakı Kitab Mərkəzi və Libraff kitab şəbəkəsi ilə birlikdə ayda 1 dəfə olmaqla nitq və eşitmə məhdudiyyətli uşaqların maariflənməsini təmin etmək məqsədilə jest dili mövcud fəaliyyətlərimizdir”.

Bu fikri Səssiz Ünsiyyət- Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə QHT.az- a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, gələcək aylar və illər üçün təşkilat olaraq nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin (uşaq və gənclərin) maariflənməsi, iş imkanlarının yaradılması, eyni zamanda sosial həyata adaptasiya olması üçün layihələrini davam edəcəklər.

 

 

Pərvanə Fərhadqızı