Türkiyə Cümhuriyyətinin ustad hüquqşünas alimlərindən biri olan Mərmərə Universitetinin Hüquq fakultəsinin professoru, dr. Tələt Canbolat Mediasiya Şurasını ziyarət edib.

QHT.az xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, Tələt bəy eyni zamanda Türkiyədə mediasiya və vəkillik sahəsində də böyük xidmətləri olan dəyərli professorlardandır: “Tələt bəy kimi dəyərli professorlarımızın Türk Dünyası Mediatorlar Birliyinin qurulmasında da böyük rolu olacaq. Tələt bəyə yüksək nəzakət və göstərdiyi dəstək üçün dərin təşəkkür edirik”.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılmış, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılmış və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir.

 

 

Pərvanə Fərhadqızı