Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi indiyədək valideyn, müəllim və şagird əməkdaşlığının gücləndirilməsi, ailə dəyərlərinin təbliği, uşaqların asudə vaxtının təşkili və milli tərbiyə modelinin qurulması istiqamətində bir sıra mühüm layihələr həyata keçirib.

Birliyin icraçı direktoru Şahin Rəcəbovun QHT.az-a verdiyi açıqlamaya görə, təşkilatın icra etdiyi “Valideyn forumları”, “Ailə-məktəb yay düşərgələri”, “Üçbucaq” - valideyn-müəllim-şagird əməkdaşlığı, “Müəllim cəmiyyətin xilaskarı kimi” və digər layihələr ölkəmizin müxtəlif regionlarını əhatə edib:

"Hazırda təşkilat şagirdlərin və valideynlərin davranış məsələlərinin aktuallığını nəzərə alaraq yeni layihə hazırlayıb. Layihənin məqsədi yüksək mədəniyyətli və kamil insan formalaşdırmaq üçün valideynlərə və uşaqlara müvafiq bilik və bacarıqları aşılamaqdır. Bundan əlavə, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası bu il növbəti Ümumi Yığıncağının keçirilməsini də planlaşdırır".

 

Pərvanə Fərhadqızı