Bakı 20 saylı mediasiya təşkilatının nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kollecinin tələbələri ilə görüşüb.
QHT.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 19 fevral 2025-ci il tarixində Sosial-İqtisad Kollecinin tələbələri ilə görüş keçirilib. Sosial-İqtisad Kollecinin direktoru Şəhriyar Laçınov çıxışı zamanı Mediasiya Şurası və Kollec arasında olan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə Mediasiya Şurasını Bakı 20 saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 20 saylı mediasiya təşkilatının rəhbəri Nicat İsmayılov və təşkilatın mediatoru Səltənət Həsənova günümüzdə mediasiyanın rolu və əhəmiyyəti mövzusunda məlumat verib, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.










