Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Binəqədi rayonunda küçə tullantıları ilə bağlı reyd keçirilib.

QHT.az xəbər verir ki, reydlər Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxtın sosial, ictimai və mədəni inkişafı istiqamətində görülən işlərin artırılması məqsədilə həyata keçirilir.