Sabah - mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı bulvarında (Dənizkənarı Milli Parkda) konsert proqramı təşkil olunacaq.
QHT.az Axar.az -a istinadən xəbər verir ki, hazırda konsertlə əlaqədar “Saat qülləsi” yaxınlığında səhnə quraşdırılır.
Konsert proqramına saat 20.00-da başlanacaq. Tədbirin sonunda isə atəşfəşanlıq olacaq












