Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elşad Baloğlanlı 18 yanvar 2002-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidimiz 18 noyabr tarixində Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunub.

Elşad Baloğlanlı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!