Qlobal inkişaf sahəsində çalışan mütəxəssislər süni intellektdən (AI) iş yerində getdikcə daha çox istifadə edirlər. Lakin təşkilatlarda bu texnologiyanın tətbiqi hələ məhduddur.
QHT.az xarici mediaya istinadən bildirir ki, Devex-in 376 mütəxəssis arasında keçirdiyi sorğuda iştirakçıların 62 faizindən çoxu AI alətlərinə müsbət yanaşdığını bildirib. Təxminən 18 faiz isə mənfi münasibət göstərib.
Sorğuda iştirak edən 232 nəfərin yalnız 17 faizi AI-nin təşkilatlarında geniş istifadə edildiyini deyib. 28 faiz istifadənin bəzi şöbələrlə məhdud olduğunu, 6 faiz isə təşkilatlarının AI-ni araşdırdığını, lakin hələ tətbiq etmədiyini bildirib.
Nəticələr göstərir ki, işçilərin AI-dan istifadəsi təşkilatların tətbiqindən daha sürətlə artır.












