BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) maliyyə çatışmazlığının 2026-cı ildə 8,3 milyon qaçqın və məcburi köçkini həyati yardımlardan məhrum edə biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatın maliyyə kəsiri 5,789 milyard dollar təşkil edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, UNHCR-in məlumatına görə, 2026-cı il üçün tələb olunan 8,505 milyard dollarlıq büdcənin iyul ayına qədər yalnız 32 faizi maliyyələşdirilib. Maliyyə böhranı artıq təşkilatın fəaliyyətinə təsir göstərib: işçi sayı 33 faiz azaldılıb, bir sıra ofislər bağlanıb və bəzi ölkələrdə fəaliyyət dayandırılıb.
Böhran digər humanitar təşkilatlara da təsir edir. BMT Baş Assambleyası çərçivəsində QHT-lər və xeyriyyə fondları dövlət yardımının azalması fonunda özəl donorlar və şirkətlərlə əməkdaşlığı genişləndirməyə çalışırlar.












