Google, Gemini platformasında istifadəçilərə fərdi süni intellekt köməkçiləri yaratmağa imkan verən QHT.az xarici mediaya istinadən bildirir ki, Gems funksiyası ilə bağlı dəyişiklik elan edib.
Şirkətin açıqlamasına görə, Gems tamamilə yox olmayacaq. Funksiya başqa ad altında yeni sistemə inteqrasiya ediləcək. Beləliklə, istifadəçilərin öz ehtiyaclarına uyğun yaratdığı fərdiləşdirilmiş süni intellekt köməkçilərindən istifadə imkanının davam etdirilməsi planlaşdırılır.
Gems istifadəçilərə müəyyən tapşırıqlar üçün xüsusi təlimatlar verərək Gemini-ni fərdiləşdirməyə imkan verirdi. Bu köməkçilər yazı hazırlamaq, məlumatları təhlil etmək və müxtəlif gündəlik tapşırıqları yerinə yetirmək üçün istifadə oluna bilirdi.
Google-un son qərarı Gems funksiyasının tamamilə ləğvindən daha çox, onun adının və təqdimat formasının dəyişdirilməsi kimi qiymətləndirilir. Şirkətin yeni sistemin bütün detalları ilə bağlı əlavə məlumatları qarşıdakı dövrdə açıqlaması gözlənilir.












