29 beynəlxalq və yerli QHT-nin hazırladığı hesabatda işğal altındakı Qərb Sahilində humanitar vəziyyətin ağırlaşdığı bildirilir. Təşkilatların keçirdiyi araşdırma mart-avqust 2026-cı il dövrünü əhatə edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, hesabatda yaşayış məntəqələrinə giriş məhdudiyyətləri, yaşayış evlərinin sökülməsi, məcburi köçürülmə və məskunlaşmaçı zorakılığının yerli əhalinin gündəlik həyatına və humanitar yardıma çıxışına təsir etdiyi qeyd olunur.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi də sentyabrın 15-21-i arasında Qərb Sahilində 86 fələstinliyə məxsus tikilinin söküldüyünü və maliyyə çatışmazlığının humanitar təşkilatların fəaliyyət imkanlarını məhdudlaşdırdığını bildirib.