Norveç, İsveç, Danimarka, Finlandiya və İslandiya 2025-ci ildə ümumilikdə 15,5 milyard dollar rəsmi inkişaf yardımı ayırıb. Bu, 2024-cü illə müqayisədə 4 faiz çoxdur.
QHT.az xarici mediaya istinadən bildirir ki, yardımların əhəmiyyətli hissəsi beynəlxalq və humanitar təşkilatlar vasitəsilə həyata keçirilib. İsveçdə QHT-lər arasında Beynəlxalq Qızıl Xaç Komitəsi 737 milyon İsveç kronu, Norveç Qaçqınlar Şurası isə 528,7 milyon kron maliyyə alıb.
Norveç isə QHT-lər arasında Norveç Qızıl Xaçına və Norveç Qaçqınlar Şurasına ayrı-ayrılıqda təxminən 1,8 milyard Norveç kronu ayırıb.












